Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edib Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb
Din
27 İyul , 2016 12:53
Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edib

Bakı. 27 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı, dini maarifləndirmə üzrə layihələrin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi