Yuxarı

Mübariz Qurbanlı: "Azərbaycan tolerantlıq və multikultural ənənələrə sadiqdir"

Komitə sədri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Bakı. 28 may. REPORT.AZ/ "Azərbaycan tolerantlıq və multikultural ənənələrə sadiqdir". "Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə belə deyilir.

Komitə sədri bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb: "Sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 70 illik Sovet rejiminin tərkibində yaşayan Azərbaycan XX əsrin sonlarında yenidən öz müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illəri ağır keçsə də, ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, Azərbaycan demokratik və inkişaf prinsiplərinə sadiq qalaraq gələcəyə doğru inamla addımladı".

M.Qurbanlı tolerant, multikultural ənənələrə sadiq qalan Azərbaycan xalqına xoşbəxt günlər yaşamağı arzu edib: "Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, müsəlman Şərqində ilk dünyəvi dövləti olan Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı. Bir daha hər birinizi milli bayramımız – Respublika Günü münasibətilə təbrik edir, tolerant, multikultural ənənələrə sadiq qalan ölkəmizdə xoşbəxt günlər yaşamağınızı arzu edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi