Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: “Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini dəyişdirməyə çalışan qüvvələr var”

    “Hər kəs bu işdə birgə olmalı və bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır”© Report.az

    Bakı. 24 may. REPORT.AZ/ “Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var”.

    “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

    O bildirib ki, Azərbaycanın dövlət-din modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəni zəruri edir: “Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də hər kəs bu işdə birgə olmalı və bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi