Mübariz Qurbanlı amerikalı ravvinlə görüşüb

Mübariz Qurbanlı amerikalı ravvinlə görüşüb Dövlət Komitəsinin sədri: "Yəhudilər də daxil olmaqla, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar"
Din
25 Yanvar , 2016 17:48
Mübariz Qurbanlı amerikalı ravvinlə görüşüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbər müavini ravvin Abraham Kuperi qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

M.Qurbanlı deyib ki, yəhudilər də daxil olmaqla, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib". 

Dövlətin Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını deyən M.Qurbanlı tolerantlıq siyasətinin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi ilə daha geniş vüsət aldığını vurğulayıb.

Azərbaycana ilk dəfə 1972-ci ildə - sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkədə yəhudilərin dinc şəraitdə yaşadıqlarından danışıb. 2010-cu ildə Bakıya ikinci dəfə gəldiyini deyən A.Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini, burada dini icmaların sərbəst fəaliyyət göstərdiyinin şahidi olduğunu və bundan çox məmnun qaldığını bildirib.

Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.

Son xəbərlər

Orphus sistemi