Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edəcək

    Qəbulda Mingəçevir, Ağdaş və Yevlax rayonlarının sakinləri iştirak edə biləcəklər

    Bakı. 27 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 1-də Ağdaş rayonunda keçirilən qəbulda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinləri iştirak edə biləcəklər.
    Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

    Qəbula iştirak etmək istəyən vətəndaşlar Komitənin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi