Yuxarı

Moskva Cümə məscidi Qurban bayramında yenidən fəaliyyətə başlayacaq

İbadət ocağının yenidən qurulmasına 170 milyon dollar xərclənib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Moskvada Cümə məscidinin yenidən qurulmasına 170 milyon dollar xərclənib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Moskva Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov bildirib.

Xəbərə görə, yenidənqurma işlərinə 2005-ci ilin mayında başlanılıb. Məscid Qurban bayramı ərəfəsində sentyabrın 23-də yenidən fəaliyyətə başlayacaq.

R.Abbyasov deyib ki, təmir və yenidənqurma işləri zamanı bu ibadət yerinin sahəsi 20 dəfə böyüdülərək 19 min kv. metrə çatdırılıb. 

Xatırladaq ki, bu məscid 1904-cü ildə tatar tacir Saleh Yusup oğlu Ərzin maliyyəsi hesabına tikilib. Arxiterkoturu Nikolay Alekseyeviç Jukovdur. Bu, sovet dövründə bağlanmayan yeganə məscid olub. Onun tikintisinə azərbaycanlı xeyiriyyəçi Hacı Zeynalabdin Tağıyev də ianə ayırıb.

1980-ci ildə Moskva olimpiadası keçirilən il hökumət məscidi söküb, yerində idman kompleksi tikmək istəyib. Ancaq müsəlman ölkələri və Moskvadakı din xadimlərinin etirazı nəticəsində sovet rəhbərliyi məscidi sökmək planından imtina edib. Məscidin günbəzinin hündürlüyü 46 metrdir.

Orada 10 minə yaxın müsəlman eyni vaxtda namaz qıla bilər. Əvvəllər orada 500 nəfər eyni vaxtda ibadət edə bilirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi