Yuxarı
    Bağlamaq

    Mingəçevirdə dini ekstremizmə qarşı mübarizədə tolerantlığın rolu mövzusunda tədbir keçirilib

    Dini radikalizmə qarşı mübarizədə dini icmaların rolu artırılmalıdır

    Bakı 27 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclərvə İdman İdarəsinin Gənclər Evində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib.

    komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov, həmin şöbənin əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli, eləcə də həmin idarənin tabeçiliyində olan strukturların kollektivi iştirak ediblər.

    K.Nəcəfli bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. 

    “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edən Ə.Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, dini radikalizmə qarşı mübarizədə dini icmaların rolunun artırılmasının, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

    S.Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu”, C.İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili”, K.Nəcəfli “Gənclərin tərbiyəsində multikulturalizmin rolu” mövzularında çıxış ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi