"Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı treninq başa çatıb

"Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı treninq başa çatıb Treninqdə iştirak edən jurnalistlərə sertfikatlar təqdim olunub
Din
8 Dekabr , 2016 16:51
Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı treninq başa çatıb

Bakı 8 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı ikihəftəlik treninqə yekun vurulub.

“Report” xəbər verir ki, tədbirin yekun mərasimində QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, DQİDK-nin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, treniqdə jurnalistlər üçün müxtəlif mövzularda mühazirə oxuyan ilahiyyatçı alimlər iştirak edib.

A.Paşazadə treniqlərdə fəal iştirak edən jurnalistləri təbrik edib: “Siz bizim gözümüz, yazan qələmimizsiniz. Sizin vasitənizlə dövlətimizin, İslamın inkişafı üçün böyük işlər görəcəyik”.

O bildirib ki, bəzən jurnalistlər din, dindarlar haqqında yaxşı məqamlardan daha çox neqativ halları yazırlar: “Sovet dövründən dini dəyərlərimizi bu günə kimi gətirmək üçün çox çətin yollardan geçmişik. Dini mövzuda danışmaq üçün bir sual haqqında bir saat düşünürdük ki, yanlış başa düşülməsin”.

DQİDK-nin sədri M.Qurbanlı deyib ki, hazırda Azərbaycanda din xadimlərinə Sovet dövründə mövcud olan təsəvrürlə yanaşılması doğru deyil: "Belə bir yanaşma təəssüf doğurur. Bizim indi çox savadlı, işinin peşəkarı olan din xadimlərimiz var. Din xadimləri haqqında olan bu yanlış təsəvvürlər aradan qalxmalı, buzlar sındırılmalıdır”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan jurnalistikasında ixtisaslaşma məsələsi kifayət qədər problemlidir: “Əminəm ki, bu treniqdən sonra dindən yazan jurnalistlərin ixtisaslaşması prosesi başlayacaq. Biz dinimizin tarixini bilməliyik. Düşünrəm ki, bu cür seminarlara çoxdan başlasaydıq dinlə bağlı ortaya çıxan problemlər olmazdı. Amma indi də gec deyil”.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası QMİ-nin "Şeyxülislam" mükafatı təsis etməsini birmənalı olaraq dəstəkləyir və bu cür mükafatın olmasının tərafdarıdır: “Düşünürəm ki, bu cür mükafat iki ildən bir də verilə bilər. Bundan başqa biz jurnalistlər arasında müsabiqələrin keçirilməsini istəyirik və bunu da təşkil edəcəyik”.

Tədbirin sonunda treninqdə iştirak edən jurnalistlərə sertfikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi