Milli Məclisin deputatı öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutub

Milli Məclisin deputatı öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutub “Pulun həcmi mənimlə onun arasında olan söhbətdir”
Din
18 Sentyabr , 2015 13:58
Milli Məclisin deputatı öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Qalib Salahzadə həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Deputat "Report"a açıqlamasında hazırda Bakıda olduğunu deyib. O, həcc ziyarəti əməllərinin bir qismini yerinə yetirdiyini, bundan sonra Səudiyyə Ərəbistanından Azərbaycana qayıtdığını bildirib: "Həcc ziyarətinin digər əməllərini mənim əvəzimdən yerinə yetirməsi üçün naib tutmuşam, qalan əməllərimi o, yerinə yetirəcək. Şəriətdə buna icazə var. Qaydalara görə, naib seçilən adam mütləq hacı olmalıdı".

Deputat ərəb naibə onun əvəzindən həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün pul ödədiyini də deyib. Lakin nə qədər vəsait ödədiyini açıqlamayıb: "Pulun həcmi mənimlə onun arasında olan söhbətdir, bunu açıqlamaq düzgün olmazdı".

Q.Salahzadə həcc ziyarətlərinin sayının 27-yə çatdığını bildirib.

Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib. Deputat bildirib ki, həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması adının YAP-ın namizədləri siyahısına düşməməsi ilə bağlı deyil.

Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

Son xəbərlər

Orphus sistemi