Yuxarı
    Bağlamaq

    Milli Məclisdə Hacı Cavad məscidinin söküntüsü ilə bağlı məsələ müzakirə edilib

    Fazil Mustafa: Günah jurnalistdədir, icra başçısı mədəni insandır

    Bakı. 14 aprel. REPORT.AZ/ “Bu il Azərbaycanda İslam Həmrəyliyi ilidir. 57 ölkədən islam ölkələrinin baçşçıları və nümayəndələri gələcək. Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən çox məscid fəaliyyət göstərir”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

    Onun sözlərinə görə, hansısa məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsinlər: “Bu ərəfələrdə ara qatmaq istəyən qüvvələr var. Bu məsələlərə ayıq-sayıq yanaşmaq lazımdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən”.

    Deputat Fazil Mustafa çıxışı zamanı deyib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaradırlar.

    F.Mustafa Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ilə jurnalist arasında baş verən insidentə də münasibət bildirərək deyib ki, burada günah jurnalistdədir: “Yasamal rayonunun icra hakimiyyəti başçısına hörmətsizlik edilib. O, mədəni insandır və kobud hərəkət etməz”.

    Deputat Qüdrət Həsənquliyev də eyni mövqedən çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi