Yuxarı

Milli Məclis əcnəbilərin dini təbliğata görə həbs olunmasını nəzərdə tutan dəyişikliyi qəbul edib

Həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər

Bakı. 4 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklif edilən layihəyə əsasən, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə həbs olunacaq. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi