QMİ: Məkkədə temperaturun yüksəlməsi azərbaycanlı zəvvarlara çətinlik yaradır

QMİ: Məkkədə temperaturun yüksəlməsi azərbaycanlı zəvvarlara çətinlik yaradır Onlar sabah Mədinəyə yola düşəcək, peyğəmbərin qəbrini ziyarət edəcəklər
Din
8 Sentyabr , 2017 13:33
QMİ: Məkkədə temperaturun yüksəlməsi azərbaycanlı zəvvarlara çətinlik yaradır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Məkkədə havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması zəvvarların işini bir az çətinləşdirsə də, səhhətlərində ciddi problem yoxdur.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bu gün zəvvarlar Kəbədə cümə namazı qılıblar: "Sentyabrın 9-dan başlayaraq zəvvarlarımız Mədinəyə yola düşəcək, üç gün həmin şəhərdə qalacaq, peyğəmbərin qəbrini ziyarət edəcək, Məscid ən-Nəbəvi namaz qılacaqlar. Azərbaycanlı hacılar sentyabrın 12-də günorta saatlarından etibarən Bakıya qayıtmağa başlayacaqlar".

QMİ-dən qeyd olunub ki, azərbaycanlı zəvvarların 20 faizində öskürək, zökəm müşahidə olunur: "Onların səhhətində ciddi narahatlıq yaradan problem yoxdur. Soyuqdəymə halları həkimlərin müdaxiləsi ilə aradan qaldırılır. Ən yaşlı zəvvarın (86 yaşlı xanım) da vəziyyəti yaxşıdır". 

Son xəbərlər

Orphus sistemi