Məkkədə həcc mərasimində 1.5 milyon zəvvarın iştirakı gözlənilir

Məkkədə həcc mərasimində 1.5 milyon zəvvarın iştirakı gözlənilir Ötən il Həcc ziyarətində iştirak edən zəvvarların sayı iki milyonu keçmişdi
Din
23 Avqust , 2015 22:09
Məkkədə həcc mərasimində 1.5 milyon zəvvarın iştirakı gözlənilir

Bakı. 23 avqust. REPORT.AZ/ Bu il həcc mərasiminə ümumilikdə 1 milyon 500 mindən çox zəvvar qatılacaq. Yerli zəvvarların sayı isə 185 minə çatacaq.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, zəvvarlar sentyabrın 20-dən etibarən Məkkə və Mədinəyə gəlməyə başlayacaq.

Qeyd edək ki, ötən il həcc ziyarətində iştirak edən zəvvarların sayı iki milyonu keçmişdi.

Son xəbərlər

Orphus sistemi