Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə QMİ-də tədbir keçirilib

Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə QMİ-də tədbir keçirilib Allahşükür Paşazadə: “Peyğəmbərin mövludu günü müsəlmanlar üçün vəhdət günüdür”
Din
24 Dekabr , 2015 11:05
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə QMİ-də tədbir keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Məhəmməd peyğəmbərin (s) mövlud günüdür. “Report” xəbər verir ki, bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tədbir keçirilib.

Mərasim “Quran” oxunması ilə başlayıb. Peyğəmbərin ruhuna dualar edilib.

QMİ sədri Allahşükür Paşazadə müsəlmanları peyğəmbərin mövludu münasibəti ilə təbrik edib.

O bildirib ki, peyğəmbərin mövludu günü müsəlmanlar üçün vəhdət günüdür: “Bu günlər məzhəbindən asılı olmayaraq bir araya gəlməyimiz üçün bir şərait yaradır. Peyğəmbərin mövludu gününü biz hər zaman qeyd etmişik. Sovet dövründə də gizli keçirilərdi”.

QMİ sədri xatırladıb ki, bu gün həm də ölkə prezidenti İlham Əliyevin doğum günüdür. A.Paşazadə bu münasibətlə dövlət başçısını və ailəsini təbrik edib.

Daha sonra mövlud həftəsinin başlanması münasibətilə ehsan verilib.

Qeyd edək ki, bu il Azərbaycanda hicri-qəməri təqvimi ilə 12 Rəbiül-əvvəl tarixindən 17 Rəbiül-əvvəl tarixinədək (24 dekabr-29 dekabradək) Məhəmməd peyğəmbərin (ə) mövlud həftəsi qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi