Yuxarı
    Bağlamaq

    ​Londonda Avropanın ən böyük məscidlərindən biri yanıb

    Bir nəfər boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda Qərbi Avropanın ən böyük məscidlərindən biri olan Beytül Fütuhda yanğın baş verib.

    "Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, məsciddə olan insanlar təxliyə edilib.

    "Zirzəmi və birinci mərtəbənin bir hissəsini əhatə edən alovu təqribən 70 yanğınsöndürən söndürməyə çalışıb. Bir nəfər tüstüdən boğulub və xəstəxanaya aparılıb", – deyə məlumatda bildirilir.

    2003-cü ildə inşa olunan Beytül Fütuh məscidi 10 min nəfərə yaxın tutuma malikdir və 21 min kvadrat metr sahəni əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi