​Lənkəranda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

​Lənkəranda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri məruzə ilə çıxış edib
Din
29 Aprel , 2016 13:17
​Lənkəranda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Konfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, texnika elmləri doktoru, professor Nizami Yusubov konfransı giriş sözü ilə açaraq Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, memarı və qurucusu olduğu Azərbaycan naminə yorulmaz fəaliyyətindən söhbət açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında rolu”, Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının müdiri, tarix elmləri namizədi Rakif İbadov “Multikulturalizmin və tolerantlığın Azərbaycan nümunəsi” adlı məruzə ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi