Taleh Qaraşov: "İnsan hüquq və azadlıqlarının təmin olunması həyat normasına çevrilib"

Taleh Qaraşov: "İnsan hüquq və azadlıqlarının təmin olunması həyat normasına çevrilib" Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Din
25 Avqust , 2016 16:37
Taleh Qaraşov: İnsan hüquq və azadlıqlarının təmin olunması həyat normasına çevrilib

Lənkəran. 25 avqust. REPORT.AZ/ Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) xətti ilə keçirilən elmi-praktik konfransda İcra aparatının rəsmiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycanın sürətlə inkişaf edərək dünyanın tolerant, sivil dövlətlərindən birinə çevrildiyini bildirib. 
İcra başçısı qeyd edib ki, ölkədə dinamik sosial-iqtisadi inkişafla yanaşı qanunçuluğun, insan hüquq və azadlıqlarının da qorunub təmin olunması həyat normasına çevrilib və azad insan cəmiyyətinin bütün atributları bərqərar olunub.

T.Qaraşov multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin olunmasının bugünkü möhkəm siyasi-sabitliyin, vətəndaş həmrəyliyinin qarantı olduğunu, bütün bunların ulu öndər Heydər Əliyevin müdrik düşüncəsinin, Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu xüsusi vurğulayıb.

Elmi-praktik konfransda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı məruzələr və çıxışlar dinlənilib, verilən təkliflərlə bağlı müvafiq tövsiyyə və tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi