​Lənkəranda din-dövlət münasibətləri müzakirə olunub - FOTO

​Lənkəranda din-dövlət münasibətləri müzakirə olunub - FOTO İcra başçısı: "Hüquq-mühafizə orqanları tərəfindən rayonda dini iğtişaşların qarşısı qətiyyətlə alınır"
Din
8 Dekabr , 2015 18:01
​Lənkəranda din-dövlət münasibətləri müzakirə olunub - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Lənkəranda din-dövlət münasibətlərinin tənzimlənməsi vəziyyəti, rayonda dini durumda sabitliyin təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrə dair elmi-praktik konfrans keçirilib. "Report"un məlumatına görə, konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycanda hökm sürən siyasi sabitlik, əminamanlıq, vətəndaş həmrəyliyi sosial-iqtisadi inkişaf üçün gözəl şərait yaradıb, Azərbaycanı sivil, tolerant bir ölkəyə çevirib: "Lakin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması anti-azərbaycan qüvvələrini narahat edir. Onlar ölkədə sabitliyi, əminamanlığı pozmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu qüvvələr ölkəmizə qarşı yalan dolu bəyanatlar yayır, özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif təxribatlara əl atırlar. Noyabrın 26-da anti-Azərbaycan qüvvələri Nardaran qəsəbəsində Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq bəyənilən və qəbul edilən tolerant dövlət-din münasibətlərini pozmağa, əsrlər boyu xalqın mənəviyyatında qorunaraq nəsildən-nəsilə keçmiş dini ayinlərin istiqamətini dəyişməyə, sağlam cəmiyyətimizdə qarşıdurma yaratmağa cəhd etdilər. Radikal mövqeli bir qrup dindar zərurət yarandığına görə xüsusi əməliyyatı həyata keçirən polis işçilərinə qarşı qumbaralar atmış və avtomat silahlardan atəş açmışdır. Dövlət tapşırığını icra edən iki nəfər polis işçisi qəhrəmancasına həlak olmuş, cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır. Həlak olan iki nəfər polis işçisindən biri həmyerlimiz İsmayıl Rəsul oğlu Tağıyev olub".

İcra başçısı Taleh Bağırzadənin yaratdığı “Müsəlman Birliyi Hərəkatı” adlı ekstremist təmayüllü dini-radikal təşkilatın Lənkəranda ictimai-siyasi sabitliyin pozulmasına göstərdiyi cəhdlərdən, bu təşkilatın Lənkərandan olan əlaltıları Zülfüqar Mikayılzadə və Elman Ağayev kimi şəxslərin gəncləri həmin təşkilata qoşulmağa, onları yanlış yola vadar etməsindən danışıb. O, həmçinin rayonun hüquq-mühafizə orqanları tərəfindən iğtişaşların qarşısının qətiyyətlə alındığını və hazırda Lənkəranda tam sabitliyin və əmin-amanlığın hökm sürdüyünü xüsusi vurğulayıb.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.   

Son xəbərlər

Orphus sistemi