Yuxarı

Lənkəranda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - FOTO

Aksiya zamanı yığılan qanlar Respublika Qan Bankına təhvil veriləcək

Lənkəran. 11 oktyabr. REPORT.AZ/ Lənkəran şəhərində Aşura günü ilə əlaqədar qanvemə aksiyası keçirilib. 

"Report"un Cənub bürosu xəbər verir ki, qanvermə aksiyası Böyük bazar-Cümə məscidində bu gün 11.00-dan başlaylıb. 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qanköçürmə şöbəsinin həkim briqadası tərəfindən, lazımi müayinələr aparıldıqdan sonra həyata keçirilən aksiya zamanı yığılan qanlar Respublika Qan Bankına təhvil veriləcək və onun müəyyən hissəsi talassemiyalı və hemofiliyalı, habelə digər qan xəstəliklərinin müalicəsinə sərf olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 2001-ci ildən etibarən verdiyi fətvadan sonra təşkil edilən xeyriyyə tədbirində iştirak edənlərin sayında hər il artım müşahidə olunur. 

Xeyriyyə tədbirinə qonşu rayonlardan da qoşulanlar olub. QMİ-nin Qazilər Şurasının üzvü, cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Hacı Sədi Axundzadə bildirib ki, qanvermə aksiyası iki gün davam edəcək: "Dini mərasimlərə gəlincə məscidlərimizdə edilən moizələrimizdə İslamın, Aşuranın əsl mahiyyəti aşılanır. Vətənə, dövlətə sədaqət, eyni zamanda başqa din və məzhəb daşıyıcılarına qarşı dözümlülük təbliğ edilir. Keçirilən tədbirlərimizin başlanğıcı və sonu Kərbəla şəhidləri və ölkəmizin müdafiəsi, bütövlüyü uğrunda canlarını fəda edən Vətən oğullarımızın ruhu Quran ayələri, ilahi kəlamlarla yad edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah ölkəmizi və dövlətimizi düşmənimizin hiylə və fəsadından qorusun amin!" 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi