Yuxarı
    Bağlamaq

    Komitə: Son 6 ayda satışı qadağan olunan ədəbiyyat aşkar etməmişik

    “Pozuntu halları aşkarlanarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görüləcək”

    Bakı. 21 iyun. REPORT.AZ/ “Biz dini ədəbiyyatların satışı ilə bağlı monitorinqlər aparırıq. Bu il, yəni, son 6 ayda satışı qadağan olunan ədəbiyyat aşkar etməmişik”.

    “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov deyib.

    “Monitorinqlər zamanı pozuntu halları aşkarlanarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görüləcək. Biz dini ədəbiyyatların satışı üçün nəzarət markası veririk. Bütün bunlara ciddi şəkildə nəzarət edirik”, - S.Heydərov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi