Yuxarı

Komitə sədrinin müavini: ​“Ramazan ayında və Qədr gecələrində məscidlərdə ictimai asayiş qorunur”

“Narahatedici məqamlar qeydə alınmayıb”

Bakı. 30 iyun. REPORT.AZ/ "Ramazan ayı boyunca, eləcə də Qədr gecələrinin qeyd olunduğu günlərdə Bakıda və bölgələrdə olan məscidlərdə ictimai asayişin pozulması halları, narahatedici məqamlar qeydə alınmayıb".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O vurğulayıb ki, Azərbaycanda aidiyyəti dövlət qurumları, hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir: "Hüquq-mühafizə orqanları tərəfindən Ramazan ayı ərzində ictimai asayişin qorunması məsələsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bizim də onlarla bu sahədə koordinasiyalı fəaliyyətimiz var. Həmin tədbirlərin təhlükəsizliyi təmin olunur".

Sədr müavini bildirib ki, məscidlərin nəzdində fəaliyyət göstərən icmalar tərəfindən də təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi