Komitə sədrinin müavini Polis Akademiyasında görüş keçirib

Komitə sədrinin müavini Polis Akademiyasında görüş keçirib O, dini radikalizmlə mübarizə istiqamətində peşəkar mübarizə metodologiyasının mənimsənilməsinin vacibliyindən danışıb
Din
3 Aprel , 2017 15:17
Komitə sədrinin müavini Polis Akademiyasında görüş keçirib
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının şəxsi heyəti və kursantları ilə görüşü keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə əvvəllcə “Fitnə” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən Komitə sədrinin müavini Səyavuş Heydərov dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və onunla mübarizə yolları haqqında çıxış edib. Komitə sədrinin müavini gələcək polis əməkdaşları tərəfindən dini radikalizmlə mübarizə istiqamətində peşəkar mübarizə metodologiyasının mənimsənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Polis Akademiyasının rəis müavini, polis polkovniki Mahir Əhmədov bu cür tədbirlərin əhəmiyyətindən danışıb. 

Son xəbərlər

Orphus sistemi