Komitə sədrinin müavini Daxili Qoşunların Baş İdarəsində şəxsi heyətlə görüşüb

Komitə sədrinin müavini Daxili Qoşunların Baş İdarəsində şəxsi heyətlə görüşüb Görüşdə dini radikalizm və ekstremizmin mahiyyəti, səbəbləri və s. barədə müzakirələr və fikir mübadiləsi aparılıb
Din
17 Fevral , 2017 20:25
Komitə sədrinin müavini Daxili Qoşunların Baş İdarəsində şəxsi heyətlə görüşüb

Bakı. 17 fevral. REPORT.AZ/Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində şəxsi heyətlə növbəti görüşü keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə dini radikalizm və ekstremizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı keçirilən mübarizə tədbirləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirdə xüsusilə vurğulanıb ki, bəzi xarici dairələr öz geosiyasi və geoiqtisadi maraqları naminə dini zəmində münaqişələrin genişləndirilməsinə və İslam dinini gözdən salmaq məqsədi ilə bu dini terrorla eyniləşdirməyə cəhdlər edirlər.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin digər müvafiq dövlət qurumları ilə birlikdə dini ekstremizmə qarşı apardığı effektiv mübarizə tədbirləri barədə də görüş iştirakçılarına məlumat verilib.

Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, multikulturalizm və tolerantlıq modelinin dünya üçün nümunə olduğu diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin respublikada dini sahədə sabitliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində hər bir vətəndaşın çalışmalı olduğu diqqətə çatdırlıb.

Son xəbərlər

Orphus sistemi