Komitə sədri: “Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”

Komitə sədri: “Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb” “Azərbaycanda dinə qarşı mübarizədən söhbət gedə bilməz”
Din
6 Dekabr , 2016 17:25
Komitə sədri: “Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”

Bakı. 6 dekabr. REPORT.AZ/ “Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O xatırladıb ki, Suriyada hazırda şiddətli müharibə gedir: “Orada hamı bir-birinə qarşı vuruşur. Yəni, orada din yoxdur, sadəcə geopolitik müharibə gedir. Bir faktı da qeyd edim ki, son 25 ildə 2,5 milyon insan məhz müharibədə həlak olub”.

Komitə sədri bildirib ki, Azərbaycanda dinə qarşı mübarizədən söhbət gedə bilməz: “Əgər kimsə din adı altında ölkədə qarşıdurma yaratmaq istəsə və din adı altında dini təhrif edərsə, buna qarşı mübarizə aparılır və gələcəkdə də aparılacaq”.

Son xəbərlər

Orphus sistemi