Yuxarı

Komitə sədri: “İŞİD-ə qoşulan azərbaycanlılardan peşman olub qayıdanlar var” - EKSKLÜZİV

“İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir”

“İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir”

Bakı. 18 may. REPORT.AZ/ "İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bu il ərzində Azərbaycandan bir nəfərin də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getmədiyini deyən Komitə sədri bildirib ki, əvvələr İŞİD silahlı biləşmələrinə qoşulanlardan peşman olub qayıdanlar var: "Çox təəssüf ki, bəziləri İŞİD-ə qoşulduqdan sonra çox böyük fəlakətlə üzləşiblər, hətta həlak olanlar da olub. Amma son zamanlar, yəni bu il ərzində dəqiq deyə bilərəm ki, Azərbaycandan bir nəfər də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getməyib".

M.Qurbanlı qeyri-qanuni silahlı birləşmələrə qoşulan ölkələr arasında Azərbaycanın adının hallanmadığını bildirib: "İŞİD-ə qoşulanların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır. Çünki bizim ölkədən o qanunsuz silahlı birləşmələrə qoşulanların sayı çox cüzi olur. Əsas böyük ölkələrin adı həmin siyahıda hallanır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi