Yuxarı

Komitə sədri: "Heç kim Azərbaycanda yeni bir cərəyanı geniş təşkil və təbliğ edə bilməz"

Dini radikal qrupların Azərbaycanda nə qədər səngidiyini hamı müşahidə edə bilər

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Dini radikal qrupların Azərbaycanda nə qədər səngidiyini hamı müşahidə edə bilər. Bu, getdikcə də səngiyəcək".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanın tarixdən gələn, nəsildən-nəslə ötürülən dini adətləri, dəyərləri var: "Kimsə gətirib Azərbaycanda yeni bir cəryanı geniş təşkil və təbliğ edə bilməz. Hətta onun arxasında çoxlu maddi güc dayansa belə. O maddi gücün də qarşısını alımışıq və bu işi axıra çatdırmalıyıq".

M.Qurbanlı onu da diqqətə çatdırıb ki, məsciddə moizə oxuyan hər bir din xadimi dövlətçilik təfəkkürünü və dini marağı hər zaman öndə tutmalı və buna əməl etməlidir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi