Yuxarı

Komitə sədri: “Gənclərin bundan sonra xaricdə dini təhsil almasının heç bir təsiri olmayacaq”

“İslamda dini bayraq anlayışı yoxdur”

Bakı. 4 dekabr. REPORT.AZ/ “İslamda dini bayraq anlayışı yoxdur. Sadəcə döyüş zamanı yaşıl bayraqlar qaldırılıb. Azərbaycan bayrağında da yaşıl rəngdən istifadə olunub”. “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gənclərin bundan sonra xaricdə dini təhsil almasının heç bir təsiri olmayacaq: “17-18 yaşındakı gənc xaricdə təhsil almaq üçün gedəndə təbii ki, həmin ölkənin dini dəyərlərini qavrayır və geri dönərkən öyrəndiklərini burada tədbiq etməkdə maraqlı olur. Ona görə də gələcəkdə təhsil almaq istəyənlərə məsləhət görərdim ki, təhsillərini Azərbaycanda davam etdirsinlər. Bundan sonra dinlə bağlı təhsil alan gəncləri sadəcə xarici dini mərkəzlərdə təhsillərini davam etdirməyə göndərə bilərik. Təbii ki, bu da gələcək üçün atılan addım ola bilər. Yəni, hazırda bu məsələdən söhbət gedə bilməz”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi