Komitə sədri: “Əgər vaxtında maarifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcək”

Komitə sədri: “Əgər vaxtında maarifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcək” Mübariz Qurbanlı: “Radikal qrupların Azərbaycana gəlməsinə imkan verməmliyik”
Din
21 Dekabr , 2016 16:36
Komitə sədri: “Əgər vaxtında maarifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcək”

Bakı. 21 dekabr. REPORT.AZ/ “İŞID radikal dini qruplaşmadır. Bundan əvvəl də bu cür təşkilatlar olub. Bunlar İslamı gözdən salmaq və siyasi məqsədlər üçün yaradılıb”. 

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun fikrincə, bütün bunlar böyük geosiyasi məqsədlərə xidmət edir: "Təəssüf ki, İslamdan da siyasi məqsədlər üçün istifadə etmək istəyirlər. Vaxtilə Bağdad şəhəri Yaxın Şərqdə cənnətməkan hesab olunurdu. İraq dinarı çox qiymətli idi. Amma bunları darmadağın etdilər. 60 milyon insan lokal müharibələr səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Suriya əhalisinin üçdə ikisi  Suriyadan çıxıb. Əlbəttə, burda udan Suriya deyil”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dini maarifləndirmə işini bir an dayandırmaq olmaz: “Əgər vaxtında bu məsələlərlə bağlı marrifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcəklər. İslam cahilliyə qarşı yaranmış dindir. Cahillik özünü xurafatda göstərir. Dindən siyasi məqsədlər üçün sui-istifadə edilir”.

O bildirib ki, "dünyada baş verən bu hallar bizdən kənardadır və bizə gəlib çatmaz" deməməliyik. 

Dövlət Komitəsinin sədri deyib ki, dünyada çox böyük mübarizə gedir və bu zaman bütün vasitələrdən istifadə olunur: "Beynəlxalq təşkilatlar formallaşaraq gedir. Radikal qrupların bizim ölkəmizə gəlməsinə imkan verməmliyik. Buna imkan verməmək üçün heç nəyə laqeyd qalmamalıyıq. İndi dünyada orta məktəblərdə mükkəməl dini bilklər verirlər. Biz də indiki “Həyat bilgisi” ilə kifayətlənə bilmərik. Dinlə bağlı hərtərəfli təhsil verilməlidir”. 

Son xəbərlər

Orphus sistemi