Komitə sədri: "Dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artıb"

Komitə sədri: "Dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artıb" ​Balakəndə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Din
27 İyul , 2016 20:00
Komitə sədri: Dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artıb

Bakı. 27 iyul. REPORT.AZ/ Balakən rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DQİDK ilə Balakən Rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər, həmçinin sərhəd qoşunlarının “N” saylı hərbi hissəsinin zabit və əsgərləri də iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev bildirib ki, iyirmiyə yaxın milli azlığın yaşadığı Balakən rayonu həmişə tolerantlığı və multikultural dəyərləri ilə tanınıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinə nail olmaq, bu sahədə qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, bu sahədə maarifləndirmə işinin vacibliyini xüsusi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi