Komitə sədri: "Dini radikalizmə qarşı maarifləndirmə işinə daha çox gənclər cəlb olunmalıdır"

Komitə sədri: "Dini radikalizmə qarşı maarifləndirmə işinə daha çox gənclər cəlb olunmalıdır" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılan 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib
Din
9 İyul , 2015 14:59
Komitə sədri: Dini radikalizmə qarşı maarifləndirmə işinə daha çox gənclər cəlb olunmalıdır

Bakı. 9 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmaların təqdim etdikləri layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.

Ayrılan maliyyə yardımının müvafiq icmaların yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayan M.Qurbanlı deyib ki, icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.

Dövlət Komitəsinin sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib: "Milli-mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə də dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür".

Son xəbərlər

Orphus sistemi