Komitə sədri: "Dini icmalar qeydiyyatsız fəaliyyət göstərə bilməzlər"

Komitə sədri: "Dini icmalar qeydiyyatsız fəaliyyət göstərə bilməzlər" "Məscidlər var ki, onlar hələlik tam qeydiyyata alınmayıb"
Din
7 İyun , 2016 12:42
Komitə sədri: Dini icmalar qeydiyyatsız fəaliyyət göstərə bilməzlər

Bakı. 7 iyun. REPORT.AZ/ "Dini icmalar qeydiyyatsız, yəni qanunsuz fəaliyyət göstərə bilməzlər. Əgər qurum dini icma kimi qeydiyyata alınırsa, artıq o dini icmadır".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O bildirib ki, hər hansı bir dini icmanın qanunsuz olması o dini icmanın olmaması deməkdir: “Məscidlərin qeydiyyata alınması məsələsi üzərində iş gedir. Dini icmalar o zaman fəaliyyət göstərə bilərlər ki, məscid onun hüquqi ünvanı olsun. Məscidlər var ki, onlar hələlik tam qeydiyyata alınmayıb. Onların ətrafında hər hansı bir dini icmanın yaradılması qeyri-mümkündür”.

Son xəbərlər

Orphus sistemi