Komitə sədri Biləsuvarda vətəndaşlar üçün qəbul keçirəcək

Komitə sədri Biləsuvarda vətəndaşlar üçün qəbul keçirəcək Qəbul saat 11:00-da başlayacaq
Din
20 Dekabr , 2016 11:47
Komitə sədri Biləsuvarda vətəndaşlar üçün qəbul keçirəcək

Bakı 20 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 22-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi