Yuxarı

Komitə sədri: "Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir"

Komitə sədri: "​Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı tənqidi
© Report / Elchin Murad — Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün brifinqdə deyib.

Onun sözlərinə görə, bir neçə il əvvələ qədər ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda dini etiqad azadlığı ilə obyektiv olmayan informasiyalar yayılırdı: "Bizim ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən nümayəndələri ilə keçirdiyimiz görüşlər, Qafqaz Müsəlmanları İdarəsi və Prezident Administrasiyası ilə birlikdə apardığımız işlər nəticəsində bu məlumatların yanlış olduğunu onlara çatdıra bilmişik. Amma hesabatlarda hələ də razı olmadığımız məqamlar var. Əminəm ki, biz zaman-zaman bu yanlışlıqları da onlara göstərə biləcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi