Komitə sədri: "Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdir"

Komitə sədri: "Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdir" Mübariz Qurbanlı İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə görüşüb
Din
2 İyun , 2017 18:37
Komitə sədri: Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdir

Bakı. 2 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycandakı dini durum haqqında məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, islami dəyərlər dövlətin təminatı altındadır. Bildirilib ki, din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir, yeni məscidlər tikilir, bərpa və təmir olunur.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ulu öndər Heydər Əliyev Azərbaycan - İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl davam etdirir.

Əsgər Farsi iki qardaş ölkənin ortaq mədəniyyətinin uzun və dərin tarixə malik olduğunu bildirib, bu əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. O, Prezident İlham Əliyev tərəfindən elan olunan “İslam Həmrəyliyi İli”nin müsəlmanlar arasında vəhdətə, əməkdaşlığa, daha mütərəqqi addımlar atmağa dəvət olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi