Komitə əməkdaşı: "Müəyyən radikal qrupların meydana çıxmaq cəhdləri xarici təsirlərlə əlaqəlidir"

Komitə əməkdaşı: "Müəyyən radikal qrupların meydana çıxmaq cəhdləri xarici təsirlərlə əlaqəlidir" "Dindarlar arasında radikallığa meyilliliyin əsas səbəblərindən biri dini savadsızlıqdır"
Din
29 Dekabr , 2016 20:02
Komitə əməkdaşı: Müəyyən radikal qrupların meydana çıxmaq cəhdləri xarici təsirlərlə əlaqəlidir

Bakı 29 dekabr. REPORT.AZ/ Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində Astara rayonu Səncərədi kənd məscidində "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir" mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirqə qurumun Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Astara rayonu Səncərədi kənd tam orta məktəbinin müəllimi Ramin Həsənov, Astara rayonu Səncərədi kənd məscidi dini icmasının sədri Sədail Həbibov, kənd dindarları, ağsaqqallar və gənclər iştirak ediblər.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov layihə barədə danışarkən diqqəti gənclərimizin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin təbliğinə çəkib. Bildirib ki, ölkədə yüksək dini dözümlülük mühiti olduğu halda, müəyyən radikal qrupların meydana çıxmaq cəhdləri bilavasitə müəyyən xarici təsirlərlə əlaqəlidir. Dünyada baş verən ictimai-siyasi hadisələr ərəfəsində belə qrupların aktivləşməsinin təsadüfi olmadığını vurğulayan natiq ağsaqqalların və ziyalıların daha həssas davranaraq bu məsələyə diqqəti artırmalarının, dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib.

Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında İslam dininin yüksək mənəvi, ümumbəşəri dəyərlərindən danışıb. Bildirib ki, dindarlar arasında radikallığa meyilliliyin əsas səbəblərindən biri dini savadsızlıqdır. Bu baxımdan hər bir din xadimi maarifləndirmə sahəsində öz üzərinə düşənləri lazımi şəkildə yerinə yetirməlidir.

Daha sonra Səncərədi kənd məscidi dini icmasının sədri Sədail Həbibov və Səncərədi kənd tam orta məktəbinin müəllimi Ramin Həsənovun mövzu ilə bağlı çıxışları dinlənilib.

Son xəbərlər

Orphus sistemi