Yuxarı
    Bağlamaq

    Komitə sədri Mübariz Qurbanlı vətəndaşların şikayətini dinləyib

    Görüşdə dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparılıb

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib. Bu barədə Report-a DQDİDK-nin mətbuat xidmətindən bildirilib.

    Qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də iştark ediblər. DQİDK-nın sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib,  təkliflər barəsində birgə fikir mübadiləsi aparıb.

    Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar. Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.

    Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi