Yuxarı

Komitə sədri: “Bu gün Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir”

Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. “Report”un xəbərinə görə, çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxış edərək bildirib ki, bu gün ölkədə dinlərarası münasibətlər yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”.

Çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini ifadə edib və xüsusən yas mərasimlərindəki israfçılığın aradan qaldırılması istiqamətindəki tövsiyələrə dəstək nümayiş etdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi