Keşlədə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Keşlədə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib Multikulturalizm anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib
Din
20 Aprel , 2016 20:07
Keşlədə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Keşlə qəsəbəsində yerləşən 312 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Əli Axundov, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Yaqut Həsənova, Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin axundu Sirac Səfərov, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Faiq Ələkbərov, Xalid Məmmədov, Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin axundu Sirac Səfərov və digər natiqlər Azərbaycanda mövcud olan tolerant mühitdən və multikulturalizmin ictimai faydasından söhbət açıblar.

Son xəbərlər

Orphus sistemi