Bakı. 30 noyabr. REPORT.AZ/ Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində Mixaylo-Arxangelski kilsəsində təlim keçən dinləyicilər Heydər Əliyev Mərkəzinə ekskursiyaya gediblər.
Bu barədə "Report"a Bilk Fondundan məlumat verilib.
2014-cü il fevralın 19-dan start götürən layihəyə 300-dən artıq rusdilli dinləyici müraciət edib. Dinləyicilərə ödənişsiz olaraq Azərbaycan dili dərsləri keçilir.