Yuxarı

​Kamal Abdullayev Sinay Məbədinin yəhudi icmasını nümayəndələri ilə görüşüb

Azərbaycanda ölkə rəhbərliyi, Prezident İlham Əliyev öz siyasi diqqətini bütün konfessiyalara eyni dərəcədə yönəldir

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib. 

Akademik bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi, Prezident İlham Əliyev öz siyasi diqqətini bütün konfessiyalara eyni dərəcədə yönəldir. K.Abdullayev nümayəndə heyətinin Azərbaycandakı dağ yəhudiləri sinaqoquna müqəddəs Tövratı hədiyyə etməsini yüksək qiymətləndirib və eyni zamanda ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə əlaqələrin inkişafındakı xidmətinə görə minnətdarlığını bildirib.
Qonaqların çıxışlarında vurğulanıb ki, dəmirin möhkəm olması, paslanmaması üçün ona bir çox əlavə elementlər əlavə edilib zənginləşdirildiyi kimi, Azərbaycanın da bir dövlət, xalq olaraq möhkəmliyi, sabitliyi və "paslanmazlığı"nın səbəbi bu ölkənin ərazisində çoxlu konfessiyaların, etnik və dini qrupların minillərdir dinc, yanaşı, qardaşcasına yaşamasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi