Yuxarı
    Bağlamaq

    ​İtaliyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı yaradılacaq

    İtaliyanın Sandro Teti Nəşriyyat Evi əməkdaşlıq memorandumu imzalanıb

    Bakı. 4 mart. REPORT.AZ/Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib.

    Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

    BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

    Sənədi Mərkəzin icraçı direktoru Azad Məmmədovla politoloq Sandro Teti imzalayıb. Memoranduma əsasən, İtaliyada BBMM-in Roma filialının yaradılması və fəaliyyətinin təşkili təmin ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi