Yuxarı

​İsmayıllı rayonunda “Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu” mövzusunda tədbir keçiriib

İslam dini ətrafında müzakirələr aparılıb

Bakı. 25 aprel. REPORT.AZ/ İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu” mövzusunda tədbir keçiriib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbir iştirakçıları İslam dininin insanlığa aşıladığı əsl mahiyyəti, milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də Azərbaycanda mövcud olan tolerantlıq və İslam həmrəyliyi mövzularında çıxışlar ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi