Yuxarı
    Bağlamaq

    İranın Azərbaycandakı səfiri Heydər məscidinə ziyarət edib

    Bu məscidi ziyarət edən ilk səfir olduğumdan fəxr edirəm

    Bakı. 1 may. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayın Qafqazda ən böyük məscid olan Heydər məscidinə ziyarət edib.

    M.P.Ayin "Report"a bildirib ki, səfər imam Əlinin doğum gününə təsadüf edib. 

    Səfir qeyd edib ki, məscidə ziyarət zamanı o, məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli ilə görüşüb. 

    Görüşdə M.P.Ayin bildirib ki, Azərbaycanda yeni məscid və ibadət yerlərinin tikintisinə böyük diqqət ayrılır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər məscidinin tikintisi bunun bariz nümunəsidir: "Bu, böyük təsir bağışlayan məsciddir, onun tikintisi zaman azərbaycanlı memarlar öz məharətini nümayiş etdiriblər", - səfir qeyd edib. O, məscidin Kaşanda toxunulan böyük İran xalçasının bəzədilməsindən məmnunluğunu ifadə edib. 

    M.P.Ayin, həmçinin bu məscidi ziyarət edən Azərbaycanda akkreditasiyadan keçmiş ilk səfir olduğuna görə fəxr etdiyini bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi