​İran və Azərbaycan islamofobiyaya qarşı birgə fəaliyyət planı quracaq

​İran və Azərbaycan islamofobiyaya qarşı birgə fəaliyyət planı quracaq İki ölkə arasında dini və məzhəb sahəsində əməkdaşlıq müzakirə olunub
Din
23 Fevral , 2016 22:01
​İran və Azərbaycan islamofobiyaya qarşı birgə fəaliyyət planı quracaq

Bakı. 23 fevral. REPORT.AZ/ İran və Azərbaycan islamofobiyaya qarşı birgə fəaliyyət planı qurmaq barədə razılıq əldə edib.

"Report" xəbər verir ki, bunu Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında İranın dövlət başçısı Həsən Ruhani bildirib.

"Biz, eyni zamanda, dini və məzhəb sahəsində əməkdaşlıq barədə ətraflı danışdıq. Hazırda dünyada və regionda baş qaldırmış islamofobiyaya qarşı birgə əməkdaşlıq haqqında fikirlərimizi paylaşdıq, o cümlədən bu sahədə birgə fəaliyyət planı qurmağı razılaşdırdıq. İslam dininin rəhman və bağışlayan bir din olduğunu, ondan qorxmaq lazım olmadığını birlikdə bəyan etmək barədə düşüncələrimizi paylaşdıq", - deyə İran prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi