“İmam Rza” məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirilib

“İmam Rza” məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirilib Tədbirdə dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər
Din
16 May , 2017 20:05
“İmam Rza” məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirilib
Report.az

Bakı. 16 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Komitədən "Report"a verilən məlumata görə,tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Aslan Sultanov, Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri H.Rüstəmov multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından söhbət açıb.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov dindarların maarifləndirilməsi işinin əhəmiyyətindən danışıb.Bildirib ki, radikal dini düşüncəyə qarşı mübarizədə əsas silahımız milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onu dərindən öyrənmək və gənc nəsli milli ruhda tərbiyə etməkdir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Sultanov isə Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrildiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi