Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
Din
25 Aprel , 2019 13:38
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
0 : 00
0 : 00

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Aİİ-dən "Report"a verilən məlumata görə, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, qarşılıqlı anlaşma; akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. 

Sənədlərdə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.

Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti ilə əməkdaşlıq protokolları imzalayıb.

Son xəbərlər

Orphus sistemi