Yuxarı
    Bağlamaq

    İdarə sədri: "Kameralar məscidin işinə maneçilk yaratmır"

    Heydər məscidi 50-yə yaxın kamera vasitəsilə qorunur

    Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidinin təhlükəsizliyi həm də 50-yə yaxın təhlükəsizlik kamerası vasitəsilə qorunur.

    Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

    Onun sözlərinə görə, kameralar nə məscidin işinə, nə də ibadət üçün gələnlərin işinə maneçilik törətmir, əksinə, təhlükəsizlik baxımından çox faydalıdır.

    S.Həsənli onu da bildirib ki, məscid 24 saat ərzində mühafizə polisləri tərəfindən qorunur.

    Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın vaxtlarda məscidlərə təhlükəsizlik kameralarının quraşdırılması işinə başlayacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi