Yuxarı
    Bağlamaq

    ​İçərişəhərdəki Aşurbəy məscidinin bağlanmasının səbəbi açıqlanıb

    Məscid bərpa olunacaq

    Bakı. 26 iyul. REPORT.AZ/ İçərişəhərdə yerləşən "Ləzgi məscidi" kimi tanınan "Aşurbəy" məscidinin bağlanmasının səbəbi məlum olub.

    Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Report"a verilən məlumata görə, məsciddə bərpa işləri aparılacaq: "Bu məscid ölkə əhəmiyyətli tarixi abidədir və bərpa olunacaq. İçərişəhərdə yerləşən digər məscidlər də bərpa olunduğu zaman fəaliyyətini müvəqqəti dayandırmışdı. Hazırda həmin məscidlər fəaliyyətlərini davam etdirirlər".

    Qeyd edək ki, "Aşurbəy" məscidi Xll əsrə aid tarixi abidədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi