​"Heydər" məscidinin axundu: "Şiə və sünni məzhəbinin daşıyıcıları vəhdət namazı zamanı bir-birinə şərait yaradır"

​"Heydər" məscidinin axundu: "Şiə və sünni məzhəbinin daşıyıcıları vəhdət namazı zamanı bir-birinə şərait yaradır" "Hazırda namaz qılınarkən heç bir problem yaşanmır"
Din
28 İyul , 2016 18:21
​Heydər məscidinin axundu: Şiə və sünni məzhəbinin daşıyıcıları vəhdət namazı zamanı bir-birinə şərait yaradır

Bakı. 28 iyul. REPORT.AZ/ "Vəhdət namazına başladığımız ilk həftələrdə sünni və şiə məzhəblərinə mənsub insanlar arasında bəzi narazılıqlar yaransa da, hazırda bu problem tamamilə aradan qalxıb".

Bunu "Report"a açıqlamasında "Heydər" məscidinin axundu Rüfət Qarayev bildirib.

Onun sözlərinə görə, fərqli məzhəb daşıyıcılarının namaz vaxtı bir-birinə mane olmaması üçün müəyyən güzəştlər olunur: "Hazırda paytaxt əhalisi vəhdət namazına istəyərək, sevgi ilə qatılır. Cümə günləri birlikdə heç bir problem yaşanmadan namaz qılınır. Cümə namazı iki rükətdən ibarətdir. 1-ci rükətdə rükudən əvvəl qunut tutulur. Əslində, şiə məzhəbinin daşıyıcıları qunutu səsli yerinə yetirir. Sünni məzhəbində isə qunut yoxdur. Buna görə də vəhdət namazı qılınarkən şiə məzhəbinin daşıyıcıları qarşı tərəfə mane olmamaq üçün qunutu səssiz həyata keçirir. Əhli-sünnə imamı namaz qıldırdıqda isə, şiələrin qunut tutması üçün rükudən əvvəl və sonra fasilə yaradır".

Axund bildirib ki, narazılıqların aradan qalxması üçün bu təşəbbüsü "Heydər" Məscid-Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli irəli sürüb və müsbət qarşılanıb.  

Son xəbərlər

Orphus sistemi