Yuxarı

​"Heydər" məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq

Cümə xütbəsinin bir hissəsi Xocalıya həsr olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 24-cü ildönümü günü "Heydər" məscidində Xocalıya həsr olunmuş moizə oxunacaq.

Bunu "Report"a açıqlamasında "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli deyib.

Onun sözlərinə görə, ötən həftə də cümə xütbəsini bir hissəsi Xocalı soyqırımı ilə bağlı söhbətə həsr olunub, namaz qılmaq üçün gələnlərə faciə haqqında məlumat verilib: "Həftənin cümə günü Xocalı faciəsinin törədildiyi tarixə təsadüf edir. Məsciddə Xocalı soyrımına həsr olunmuş moizə oxunacaq, mövzu ilə bağlı söhbət aparılacaq. Daha sonra vəhdət namazı qılınacaq. Ötən cümə günü də faciənin ərəfəsində hadisələrə həsr olunmuş söhbət olunub".

S.Həsənli bildirib ki, hər həftə qılınan vəhdət namazlarından əvvəl iki hissədən ibarət xütbə oxunur. Xütbənin birinci hissəsində İslam haqqında, ikinci hissədə isə müasir tariximizə təsadüf edən önəmli hadisələr haqqında gələnlərə geniş məlumat verilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi